Tramp özünün qolf klubuna gedərkən çağırılmadığı toyda iştirak edib - FOTO - VİDEO

2-07-2018, 07:41           
Tramp özünün qolf klubuna gedərkən çağırılmadığı toyda iştirak edib - FOTO - VİDEO
ABŞ prezidenti Donald Tramp dəvət olunmadan Milli qolf-klubu "Trump National Doral"da keçirilən toy mərasimində iştirak edib.

"Report"un məlumatına görə, bu barədə "TMZ" xəbər verib.

Nəşrin məlumatına görə, dövlət başçısı kluba özünün vertolyotu ilə enib, daha sonra şənlik tədbirinə qatılıb.

Tramp mərasimin qonaqları ilə görüşüb, həmçinin evlənənləri təbrik edib. ABŞ prezidenti gəlini qucaqlayaraq, yanağından öpüb, bəyin isə əlini sıxıb.

Bu, artıq ikinci belə hadisədir. ABŞ prezidenti 2017-ci ilin iyununda da ona məxsus qolf-klubda çağırılmadığı toy mərasimində iştirak edib.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru