İranda hakimiyyət bu tarixdə DEVRİLƏCƏK – Trampın adamı dəqiq TARİXİ AÇIQLADI

2-07-2018, 13:06           

ABŞ prezidenti Donald Trampın yaxın qrupunun üzvlərindən biri, Trampın vəkili və Nyu-York şəhərinin keçmiş bələdiyyə başçısı Rudi Culiani Fransada İran hakimiyyətinə müxalif olan “Xalqın Mücahidləri Təşkilatı”nın toplantısına qatılıb.

Publika.az xarici mediaya istinadən xəbər verir ki, Culiani İranda hakimiyyət dəyişikliyinə çağırış edib.

O, İrana qarşı sanksiyaların artacağını bildirib.

“İran rejiminin sonunun yaxınlaşdığını görürük. Molllalar getməlidir. Azadlığa çox az qaldı. Bir il sonra bu toplantının Tehranda təşkil etmək istəyirəm”, - vəkili deyib.

Bir vaxtlar ABŞ və Avropanın “terror siyahısı”na daxil edilən və Məryəm Rəcavinin rəhbəri olduğu “İran Mücahidləri Təşkilatı”nın toplantısına qatılan təxminən 4 min adama müraciət edən Culiani dini liderin getməli olduğu və Rəcavinin liderliyi ilə demokratik bir hökumətin qurulmalı olduğunu vurğulayıb.

ABŞ prezidentinin vəkili iqtisadi təcridin İran hökumətinin devrilməsini təmin edəcəyini söyləyib.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru