İrandan şok: Neftin başqa malla barterinə başlayır

6-07-2018, 01:04           
İrandan şok: Neftin başqa malla barterinə başlayır
İran parlamentində neft məhsullarının digər məhsullarla barteri məsələsinə nəzarət edəcək xüsusi komitə yaradılıb.

Axar.az xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında İran parlamentinin deputatı Əsədulla Karexani deyib. Onun sözlərinə görə, bu addım İrana ABŞ sanksiyalarının öhdəsindən gəlməyə imkan verəcək:

“İran nefti müəyyən məhsullar qarşılığında veriləcək ki, bu da ABŞ-ın İranın neft ixracının azaldılmasının qarşısını alacaq. Biz bank problemləri ucbatından dollar və avrodan istifadə edə bilmərik. Ona görə də Hindistan, Çin və Cənubi Koreya kimi neft idxal edən ölkələrdən məhsul idxalını həyata keçirəcəyik”.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru