Mariya Zaxarova Rusiyanın Azərbaycana yardımından danışıb

6-07-2018, 08:20           
Mariya Zaxarova Rusiyanın Azərbaycana yardımından danışıb
Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova Azərbaycanın Mingəçevir şəhərindəki istilik elektrik stansiyasında baş vermiş qəzaya münasibət bildirib.

“Report” "Sputnik"ə istinadən xəbər verir ki, o, iyulun 5-də keçirilən ənənəvi brifinq zamanı Rusiyanın Azərbaycana köməyindən danışıb.

"Azərbaycana elektrik enerjisi tədarükünün təmin edilməsində Rusiyanın "İnter RAO" şirkətinin əhəmiyyətli yardım göstərdiyini qeyd etmək istərdim. Azərbaycan mediasının yazdığına görə, o, özünü ən yaxşı tərəfdən göstərib və bunu, həmçinin Prezident İlham Əliyev də vurğulayıb. O, ölkənin enerji sistemində baş verən vəziyyətlə əlaqədar göstərilən köməkliyə görə Rusiya və Gürcüstana minnətdarlığını bildirib", - deyə Zaxarova söyləyib.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru