“Danışıqlara qayıdırıq” – İrəvan Qarabağ variantını açıqladı

8-07-2018, 19:55           
“Danışıqlara qayıdırıq” – İrəvan Qarabağ variantını açıqladı
Rəsmi İrəvan hesab edir ki, Dağlıq Qarabağ münaqişəsinin dinc yolla həlli üçün "Madrid prinsipləri” hələ də öz gücünü qoruyur.

Teleqraf.com xəbər verir ki, bunu Ermənistanın Xarici İşlər naziri Zoqrab Mnatsakanyan deyib.

Erməni diplomat Ermənistan- Azərbaycan münaqişəsi üzrə gedən proseslərin inkişaf mərhələsində olduğunu iddia edib:

"Müzakirələrdə təkamül prosesi gedir. Biz indi danışıqlara yenidən qatılmaq mərhələsindəyik. Buna görə də danışıqlar prosesinə başçılıq edən həmsədrlərlə təmaslarımızı sıxlaşdırmışıq. Dinamikanı qorumaq lazımdır. Təmkinli olmalıyıq, hesab edirəm ki, indiki şəraitdə təmkinli olmaq ən uyğun seçimdir. Biz qəti şəkildə bildiririk ki, problemin dinc yolla həllini istəyirik və bu, ancaq Minsk qrupu formatı daxilində mümkündür”.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru