Danimarkada niqaba görə ilk cərimə yazıldı

5-08-2018, 06:13           
Danimarkada niqaba görə ilk cərimə yazıldı
Danimarkanın Horsholm şəhərinin hüquq-mühafizə orqanlarının əməkdaşları şəhərin ticarət mərkəzlərindən birində niqab taxmış qadına ölkədə ilk dəfə cərimə yazıblar, Oxu.Az Gazeta.ru-ya istinadla xəbər verir.

Polislər iki qadın arasında baş vermiş davaya görə ticarət mərkəzinə gəliblər. Dava edən iki qadından birinin digərinin üzündəki niqabı çıxarmağa çalışdığı bildirilir.

Polis nümayəndələrinin sözlərinə görə, dava zamanı onlardan birinin üzündəki niqab düşüb, lakin polis gələn vaxta qadın yenidən niqabı taxıb.

Polisin baş geyimini çıxarmaq təklifini rədd edən qadın 134 avro cərimələnib.

Qeyd edək ki, avqustun 1-dən Danimarkada ictimai yerlərdə üzü bağlayan baş geyimlərinə qadağa qoyulub.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru