ABŞ-da “Armata”nı dəfn etdilər

6-08-2018, 07:33           
ABŞ-da “Armata”nı dəfn etdilər
T-14 “Armata” tankının hazırlanması zamanı istifadə edilmiş texnologiyalar başqa hərbi maşının yaradılması vaxtı faydalı olacaq, amma hazırda Rusiya yeni texnikayla kütləvi təchizatdan imtina edərək keçmiş SSRİ-nin silahlarından maksimal istifadə edir.

Publika.az xəbər verir ki, bu haqda “The Drive” nəşrində Cozef Trevitik yazıb.

Trevitik qeyd edir ki, 5-7 il sonra Rusiyanın yeni tankı meydana çıxa bilər.

“Görünür, Kreml həmin vaxta kimi “soyuq müharibə” dövrünün möhtəşəm hərbi maşınlarından maksimum istehsal etməyə davam edəcək”, - müəllif qeyd edib.

Qeyd edək ki, Rusiya Müdafiə Nazirliyi 2018-ci ildə beşinci nəsil çoxfunksiyalı “Su-57” qırıcısı qırıcısı və T-14 “Armata” tanklarının seriya istehsalından imtina edib. Belə qərarın əsas səbəblərindən biri texnikanın bahalığı göstərilir. Hərbi müəssisə “Su-57” və T-14 “Armata”, yaxud da gələcəkdə onların törəmələrinin seriya istehsalını güman edərək SSRİ-də hazırlanmış texnikanın müasirləşdirilməsinə diqqət ayırmağı üstün tutur.

Qeyd edək ki, “Armata” ekspertlər tərəfindən “Üçüncü dünya müharibəsinin tankı”, “Su-57” isə ABŞ-ın “stels” (gözəgörünməz) texnologiyalı “F-35” beşinci nəsil qırıcısının layiqli rəqibi hesab olunurdu.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru