ABŞ-da həbsdə olan Zərrabla bağlı - Yeni xəbər

8-08-2018, 08:20           
ABŞ-da həbsdə olan Zərrabla bağlı - Yeni xəbər
ABŞ-da həbsdə saxlanılan azərbaycanlı iş adamı Rza Zərrabın işi ilə bağlı yeni məlumat üzə çıxıb.

Axar.az xəbər verir ki, Zərrabın həbsxana nəzarətçisi Viktor Kasado məhkəməyə çıxaraq rüşvət aldığını etiraf edib.

Kasadonun ifadəsini dəyişdirməsi və rüşvət aldığını etiraf etməsi səbəbindən məhkəmə prosesinin davamı sentyabr ayına təxirə salınıb.

Qeyd edək ki, o, Rza Zərrabdan Manhettendə yerləşən Metropolitan həbsxanasında onu içki, narkotik vasitə və qadınla təmin etməsi üçün 45 min dollar rüşvət almaqda ittiham edilir.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.