ABŞ istəyinə çatdı: Alman bankı nöqtə qoydu

9-08-2018, 08:17           
ABŞ istəyinə çatdı: Alman bankı nöqtə qoydu
ABŞ İranla bağlı istəyinə nail olub.

Axar.az xəbər verir ki, İrana qarşı sanksiyalara qoşulmayacağını bəyan edən Almaniya Tehranın istəyini rədd edib. Bu ölkənin "Doyçe Bundesbank"ı Tehrana 300 milyon avro nağd pul ödəməsini dayandırıb.

Trampın bank sektoruna tətbiq etdiyi sanksiyaların noyabrdan başlamasına qədər İran 300 milyon avronu əldə etmək istəyirdi, ancaq alman bankı həmin ödənişdən imtina edib.

Qeyd edək ki, bundan öncə İran Almaniya ilə Tehrana 300 milyon nağd pulun verilməsi üçün danışıqlara başlamışdı. İran tərəfdən bu danışıqları Mərkəzi Bankın yüksəkvəzifəli nümayəndəsi Əli Tarzalinin apardığı bildirilmişdi. Tehranın planına əsasən, bu pullar Almaniyadan hesablardan çıxarılaraq, İran aviaşirkətlərindən biri vasitəsilə Tehrana gətirilməli idi. Ancaq bir müddət öncə Almaniyanın Mərkəzi Bankının İranın 300 milyon avro nağd pulunun transferinin qarşısını almaqdan ötrü maliyyə siyasətini dəyişmək niyyətində olduğu barədə məlumat yayılmışdı.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru