Eduard Şarmazanov - "Azərbaycan və Türkiyə cənub sərhədi üçün real təhlükə yaradırlar"

15-09-2018, 09:04           
Eduard Şarmazanov - "Azərbaycan və Türkiyə cənub sərhədi üçün real təhlükə yaradırlar"
Ermənistan Milli Məclisinin sədr müavini Eduard Şarmazanov Rusiya Federasiyası Dumasında (məclis) Müstəqil Dövlətlər Birliyi (BDP) ilə bağlı işlərdə Avrasiya inteqrasiyası və həmvətənlərlə əlaqələr komissiyasının Sədri Leonid Kalaşnikovla bir araya gəlib.

Open.az Ermənistan KİV-lərinə istinadən xəbər verir ki, keçirdiyi görüş zamanı Azərbaycan və Türkiyənin irəliyə doğru məqsədlərinin sadəcə Ermənistan üçün deyil, bütün bölgənin təhlükəsizliyi baxımından təhlükəli olduğunu vurğulayan Şarmazanov,"Bu iki dövlət Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatı (KTMT) cənub sərhədi üçün real təhlükə yaradırlar" sözlərini dilə gətirib.

Görüş çərçivəsində 29-30 oktyabr tarixləri arasında Yerevanda keçirilməsi nəzərdə tutulan KTMT Parlament Assambleyası Şurasının İclasının təşkilatçılıqla bağlı sualları da müzakirə olunub.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.