"Azərbaycan heç cür başa düşmür ki, bir zərbəyə erməni xalqının gücünü dadacaqlar..." - Paşinyan

15-09-2018, 21:30           
"Azərbaycan heç cür başa düşmür ki, bir zərbəyə erməni xalqının gücünü dadacaqlar..." - Paşinyan
ATƏT MQ-nin həmsədrləri Qarabağ münaqişəsini nizamlamaq istəyirlərsə, ilk növbədə Azərbaycanı nizam-intizama çağırmalıdırlar. Bu barədə Parisdə səfərdə olan Ermənistanın baş naziri Nikol Paşinyan bildirib.

"Bakı təhdidlərlə bizi güzəştə getməyə məcbur edə biləcəyini düşünürsə, yanılır. Azərbaycan heç cür başa düşmür ki, bugünki Ermənistan fərqlidir, bu, bütün ermənilərin yeni potensialı ilə ətrafında cəmləşdiyi Ermənistandır. Və Azərbaycanın aqressiv addımları Ermənistana və Arsaxa qarşı deyil, bütün ermənilərə qarşı olacaq və onlar birləşmiş erməni xalqından əks zərbə alıb gücümüzü dadacaqlar", deyə o bildirib.
Paşinyan Azərbaycan prezidenti ilə nizamlanma məsələsi ilə bağlı görüşün keçirilib-keçirilməyəcəyi barədə suala inkaredici cavab verib.
O, həmçinin Fransa prezidenti ilə Qarabağ mövzusunu müzakirə etdiyini bildirib.
"O, problemin həll edilməsi məsələsini ciddi şəkildə müzakirə etmək üçün həqiqətən imkan olub-olmadığını soruşdu. Bununla bağlı fikir mübadiləsi apardıq və mən ona dedim ki, mənim fikrimcə, Azərbaycan rəhbərliyi Qarabağ münaqişəsinin nizamlanmasından danışarkən o qədər də səmimi deyil. Bu, yalnız regionda nizamlanma atmosferi olduğu halda mümkündür. Amma biz təhdidlər eşidirik, belə bir şəraitdə nizamlama haqqında danışmaq isə sadəcə olaraq qeyri-realdır", deyə Paşinyan bildirib.
muxalifet.az












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru