ABŞ-a pis xəbər - Tarazlıqları alt-üst edəcək həmlə
16-09-2018, 08:16
Qlobal sahədə ABŞ-Çin rəqabəti sürətlə artarkən, İsrail mediasında diqqət çəkən bir təhlil dərc olunub. Təhlilə görə, İsrailin aralıq Dənizindəki ən əhəmiyyətli limanlarından olan Hayfanın yaxın zamanda bir Çinli şirkət tərəfindən işlədiləcək olması, ABŞ donanmasının bu strateji limanı işlətməkdən imtina etməsi anlamına gələ bilər.
Open.az xarici mətbuata istinadən xəbər verir ki, iddianı ortaya atan İsrail mərkəzli "Haaretz" qəzeti, Çinli SIPG şirkətinin işlədəcəyi Hayfa limanının, Aralıq Dənizində fəaliyyət göstərən ABŞ-ın 6-ci Donanması tərəfindən təhdid kimi görülə biləcəyinə dair bir təhlil dərc edib.
Təhlildə İsrail ordusunda general-mayor rütbəsinə malik Şaul Horev və bəzi amerikalı rəsmilərin fikirlərinə də yer verilib. Hayfa Limanı eyni zamanda İsrail nüvə sualtı gəmilərinin də olduğu hərbi dəniz bazasına çox yaxın mövqeyə malikdir.
Təhlilə görə, Hayfa Limanının Çinlilər tərəfindən işlənilməsi, ABŞ-ın 6-ci Donanması limana etibarlı sahə gözü ilə baxmayacaq, ABŞ və İsrail orduları arasında əməkdaşlığa da ciddi zərbə vuracaq. Çinin nəhəng şirkətlərindən SIPG, Hayfa Limanını genişləndirmək layihəsini üç il əvvəl qazanmışdı. Başqa bir Çinli firma da İsrailin Aşdod şəhərində yeni bir liman tikintisinin layihəsini alıb. Aşdoddakı mövcud limandan İsrail idxalının 60 faizi aparılır. Çinli firmaların İsraildəki bir çox strateji infrastruktur layihəsində də ortaqlığı var. Çin son dövrdə əhəmiyyətli su yolları üzərindəki limanlara investisiya qoyur.
Bu limanlar arasında Pakistanın Gvadar və Yunanıstandakı Pirə də var. Pekin ilk dəniz sərhəddi hərbi bazasını də qırmızı Dəniz və Hind okeanını tutan Cibutidə açmışdı.