Parlament taksidə siqaret çəkən şəxslərin cərimələnməsini nəzərdə tutan layihəni qəbul edib - Nəzərə alın...

1-10-2018, 19:50           
Parlament taksidə siqaret çəkən şəxslərin cərimələnməsini nəzərdə tutan layihəni qəbul edib - Nəzərə alın...
Milli Məclisin bu gün keçirilən plenar iclasında İnzibati Xətalar Məcəlləsinə dəyişiklik layihəsi müzakirəyə çıxarılıb.

“Report”un xəbərinə görə, dəyişiklik tütünlə bağlı cərimələrin tətbiq olunmasıdır.

Məcəllənin 322-ci (Avtomobil nəqliyyatı ilə sərnişin və baqaj daşınması qaydalarının pozulması) maddəsinin 0.4-cü bəndinə əsasən, müntəzəm şəhərdaxili (rayondaxili), şəhərlərarası (rayonlararası) və beynəlxalq marşrutlar üzrə hərəkət edən avtobusda siqaret çəkilməsinə 40 manatdan 50 manatadək məbləğdə cərimə edilir. Bu cərimə sərnişin daşımaları üzrə ümumi istifadədə olan avtomobil nəqliyyatı vasitəsində və taksi minikv avtomobilində tütün çəkənlərə də tətbiq olunacaq.

Layihə səsverməyə çıxarılaraq qəbul olunub.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru