Trampa 2 milyard təklif etdim, gözləri parıldadı - Duda

2-10-2018, 08:53           
Trampa 2 milyard təklif etdim, gözləri parıldadı - Duda
Prezident Donald Trampa Polşada ABŞ hərbi bazasının yaradılması üçün 2 milyard dollar təklif etdiyim zaman onun gözləri parıldadı.

Axar.az xəbər verir ki, bu sözləri Polşa Prezidenti Andjey Duda Trampla görüşü barədə danışarkən deyib.

Duda pul təklifi ortaya çıxandan sonra söhbətin daha fərqli duruma gəldiyini vurğulayıb:

"Trampa "Cənab Prezident, Polşada ABŞ hərbi bazasının açılmasını istərdik" dedim. O, sadəcə başını yellədi, ancaq bir reaksiya vermədi. Bunun ardınca hərbi bazanın hazırlanması üçün 2 milyard dollar ayırmağa hazır olduğumuzu bildirdim. Trampın gözləri parıldadı, bundan sonra söhbət tamamilə fərqli bir hal aldı".

Qeyd edək ki, ABŞ-ın bu ölkədə hərbi bazasının yaradılması üçün artıq ABŞ-Polşa işçi qrupu fəaliyyət göstərir.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru