Neyroşəbəkə insan kütləsində silahlı şəxsləri axtaracaq

2-10-2018, 08:58           
Neyroşəbəkə insan kütləsində silahlı şəxsləri axtaracaq
ABŞ-ın "Athena Security" startapı insan kütləsində silahlı şəxsi aşkarlayan neyron şəbəkə icad edib. Sistemdən ilk növbədə ABŞ məktəblərində istifadə planlaşdırılır.

Milli.Az ICTnews-a istinadən bildirir ki, xüsusi alqoritm insan axınında silaha malik şəxsi müəyyənləşdirə bilir. Bunun üçün sistem müşahidə kameralarına qoşularaq insanların xarici görünüşünü və davranışını analiz edir. Neyroşəbəkə şübhəli şəxsi aşkarlayan zaman polisə bu barədə məlumat verəcək.

Sistem Pensilvaniya ştatında yerləşən Vud orta məktəbində sınaqdan keçirilib. "Athena Security" nümayəndələrinin sözlərinə görə, sistem girişdə axtarışın aparılması və metal detoktorlarının quraşdırılması ilə müqayisədə daha "yumşaq" nəzarət mexanizmidir.

Qeyd edək ki, təhsil müəssisələrində atışma hallarının baş verməsi ABŞ-da aktual problemdir. Statistikaya görə, 2017-ci ildə ölkə məktəblərində 346 atışma hadisəsi qeydə alınıb.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru