Tramp Çinə xəbərdarlıq etdi

12-10-2018, 07:48           
Tramp Çinə xəbərdarlıq etdi
ABŞ prezidenti Donald Tramp Çinə xəbərdarlıq edib.

Open.az xəbər verir ki, Tramp Fox News telekanalının canlı yayımında Çin iqtisadiyyatına daha ağır zərbə vurmağa hazır olduğunu bəyan edib.


“Əgər Pekin dayanmasa, Çin iqtisadiyyatına daha ağır zərbə vurmağa hazıram. Biz yüksək effektə nail olduq. Onların iqtisadiyyatı sürətlə geriləməyə başladı. Mənim bu prosesi gücləndirmək üçün imkanlarım var. Onlar uzun müddət yaxşı yaşayıblar. Mənə elə gəlir ki, onlar bizi səfeh sayırlar, lakin amerikalılar belə deyillər”, - deyə o vurğulayıb.
Qeyd edək ki, Tramp bu bəyanatını ABŞ qiymətli kağızlar bazarının çökməsi fonunda səsləndirib.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru