Seçkilərdən əvvəl TRAMPA QARŞI BİRLƏŞDİLƏR

12-10-2018, 18:17           
Seçkilərdən əvvəl TRAMPA QARŞI BİRLƏŞDİLƏR
ABŞ prezidenti Donald Trampın əlavə vergilər tətbiq eləməklə başladığı qlobal müharibəyə qarşı aralarında “Ekson” (Exxon), “Şevron” (Chevron), Target kimi nəhəng firmaların da olduğu 100-ə qədər sektor birliyinin təşkil elədiyi koalisiya bir kampaniyaya başlayıb.

Əlavə vergilərin ABŞ-da biznesmen və istehlakçıları ayda 1,4 milyard dollar əlavə yük gətirdiyi bildirilir və respublikaçıların üstün olduqları bölgələrdə reklam kampaniyaları aparılır.

Əlavə vergilərlə başlanan qlobal ticarət müharibəsindən narahat olan bir qrup amerikalı biznesmen noyabr ayındakı aralıq seçkilərindən əvvəl Donald Trampa qarşı reklam kampaniyasına başlayıblar. Etirazçı qrup avqust ayı ilə müqayisədə vergi yükü 3 dəfə artan Miçiqan ştatında seçkilərin çətin keçəcəyini proqnozlaşdırır. Texas, İllinoys və Qərbi Virciniya ştatlarının vergi yükü isə iki dəfə artıb.

Miçiqan ştatı Tampın prezidentliyində böyük paya malik əyalətlərin ilk sırasındadır, üstəlik, burada respublikaçılar 16 yerin hamısını qazanmışdılar.

Etirazçı qrupun mətbuat nümayəndəsi Angela Hofmann deyib: “Bu vergilər Amerika biznesmenləri ilə istehlakçılarının üzərinə düşüb. Onu başqa ölkələr yox, biz ödəyirik”.

Hurriyyet.org












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru