Fransa prezidenti Bakıya gəlməyəcək –Yayılmış xəbər təsdiqini tapmır

13-10-2018, 07:44           
Fransa prezidenti Bakıya gəlməyəcək –Yayılmış xəbər təsdiqini tapmır
Fransa prezidentinin oktyabrın 13-də Bakıya səfəri haqqında məlumat təsdiqini tapmır.

Diplomatik mənbənin Turan-a verdiyi məlumata görə, mətbuatın bu səfər haqqında ilkin məlumatları yanlış idi. Qeyd edək ki, bir müddət əvvəl Fransanın La Tribune qəzeti belə bir səfər haqqında məlumat yayıb. Səfər çərçivəsində Azərbaycan HDQ üçün hərbi gəmilərin tikintisi haqqında müqavilə imzalanması planlaşdırılırdı. Bakıda bu yaxınlarda keçirilən silah sərgisi zamanı Fransa hərbi-sənaye kompleksinin nümayəndələri də bu barədə məlumat vermişdilər.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru