Mason lojası İrəvanda işğalçı ölkəyə açıq dəstək verdi - FOTO

13-10-2018, 19:50           
Mason lojası İrəvanda işğalçı ölkəyə açıq dəstək verdi - FOTO
Böyük ustad müavini: “Aprel döyüşlərindən sonra Frankofoniya sammitinin Ermənistanda keçirilməsi rəmzi məna daşıyır...”

İrəvanda keçirilən 17-ci Frankofoniya sammiti çərçivəsində “ Böyük Şərq” lojasının bir qrup üzvü Ermənistana gəlib.

Teref.az Moderator.az istinadən xəbər verir ki, bu haqda işğalçı ölkə saytlarından biri xəbər yayıb. Lojanın böyük ustadının müavini Məhəmməd Ait Ərəb, loja şurasının üzvü, beynəlxalq münasibətlər və frankafoniya məsələləri üzrə katib Dimitri Arsenakis, Avropa məsələləri üzrə katib Eve Zakarian və başqalarının daxil olduğu qrup masonların işğalçı ölkəyə birbaşa dəstəyini nümayiş etdirib.

M.Ait Ərəb jurnalistə açıqlamasında özlərinə məxsus, səmimilikdən uzaq, ütülü fikirlər işlədib: “Masonlar üçün Frankofoniya elə olmalıdır ki, onun mərkəzində böyük hərflərlə insan və humanist ideyalar dayansın. ”.

“17-ci Frankofoniya sammitinin Aprel döyüşlərindən sonra Ermənistanda keçirilməsi rəmzi xarakter daşıyır. Ümid edirəm ki, bu zirvə imanımız olan humanist fikirlərin inkişafına töhfə verəcəkdir "-deyə mason lojasının böyük ustadının müavini ermənipərəstliyini açıq şəkildə vurğulayıb.

Xatırladaq ki, “Böyük Şərq” mason lojasının üzvləri bu ilin mayında da İrəvanda olmuş və Paşinyanın başçılığıyla inqilabi hərəkata dəstək verdiklərini bəyan etmişdilər.

P.S. Masonlar üçün Türkiyə və ölkəmizə qarşı erməni terrorçuluğunun, Xocalı soyqırımının, Azərbaycan torpaqlarının işğalının, 1 milyondan çox Azərbaycan müsəlmanının didərgin düşməsinin mərkəzində də “böyük hərflərlə insan” və erməni “himanizmi” dayanır yəqin?..














Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.