2 min manatı 700 dollara satan şəxs tutuldu - Video

14-01-2016, 01:35           

Daxili işlər orqanları tərəfindən cinayətkarlıqla mübarizə sahəsində növbəti uğurlu əməliyyat keçirilib.

TIA.AZ xezerxeber.com-a istinadən verdiyi məlumata görə, qanunsuz dövriyyədən külli miqdarda saxta əsginaslar, narkotik vasitələr çixarılıb və vətəndaşdan hədə-qorxu ilə pul tələb edən şəxs ifşa edilib.

Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin əməkdaşları Şərur sakini Röyal Nəsirovu 2 min manat saxta əsginası 700 dollara satan zaman saxlayıb. Əməliyyat-axtarış tədbirlərinin davamı olaraq onun Nərimanov rayonunda kirayədə qaldığı mənzildən 36 ədəd 100 manatlıq, 65 ədəd 50 manatlıq, 72 ədəd 20 manatlıq və 39 ədəd 5 manatlıq olmaqla 8485 manat saxta saxta pul aşkar edilib.

Baş İdarə əməkdaşları Xaçmaz sakini Cəlal Məmmədova hədə-qorxu gələrək, ondan 3 min manat tələb edən Sumqayıt sakini Mehman Məmmədovu paytaxtın Nizami rayonunda həmin məbləği alarkən tutublar. İndi əməliyyatçılar onun buna bənzər əməllərinin olub-olmamasını araşdırırlar.

Növbəti əməliyyat zamanı isə külli miqdarda narkotik maddənin dövriyyəyə buraxılmasının qarşısını alıb. Polis Siyəzən rayon sakini Röyal İlyasovdu 5 kiloqramdan artıq marixuananı 30 min manata satmaq istəyən zaman iş başında tutub.

Hər üç faktla bağlı Baş İdarəinin İstintaq şöbəsində cinayət işi başlanıb, araşdırmalar davam edir.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.