Bakıda ölümlə nəticələnən bədbəxt hadisə baş verib.
Bu barədə Report-a Suraxanı rayon Polis İdarəsindən məlumat verilib.
Belə ki, Yeni Suraxanı qəsəbəsi yaxınlığında inşa olunan “Xəyal adası” qolf kompleksində fəhlə işləyən 1981-ci il təvəllüdlü Elnur Kazımov hündürlükdən yıxılıb. 34 yaşlı E.Kazımov ağır vəziyyətdə yaxınlıqdaklı özəl xəstəxanalardan birinə yerləşdirilib. Həkimlərin səyinə baxmayaraq onun həyatını xilas etmək mümkün olmayıb.