Şagirdi döyən müəllimə onun başına sığal çəkdiyini deyir

25-01-2016, 13:51           
Şagirdi döyən müəllimə onun başına sığal çəkdiyini deyir
“İbtidai sinif müəlliməsinin dərsi başa saldığı şagird öz qohumu olub. Hadisə isə dərs vaxtı olmayıb”.
Bu sölzəri Modern.az-a açşıqlamasında Xırdalan şəhəri 9 saylı orta məktəbin mətbuat xidmətinin rəhbəri Anar Nağıyev deyib. O qeyd edib ki, hadisə ötən ilin oktyabr ayında olub.

“Müəllimə həmin şagirdi döyməyib. İzahatında deyir ki, “başına sığal çəkmişəm”. Müəllimənin izahatı alınıb və Təhsil Nazirliyinə verilib. Araşdırma aparılıb, məlumat veriləcək”.

Qeyd edək ki, sosial şəbəkələrdə yayılan videokadrda Abşeron rayonu, Xırdalan şəhərindəki 9 nömrəli məktəbdə müəllimin şagirdə zor tətbiq etdiyi görünür.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru