Bakıda polkovnikin polis oğlu bıçaqlandı

2-02-2016, 14:41           
Bakıda polkovnikin polis oğlu bıçaqlandı
Bakının Sabunçu rayonundakı “Emin” kafesində bıçaqlanan polislərdən kapitan Ağaəli Ələkbərov Daxili İşlər Nazirliyinin (DİN) Təchizat İdarəsinin rəis müavini polkovnik Əkbər Ələkbərovun oğludur.

Dia.az “Report”a istinadən xəbər verir ki, A.Ələkbərov DİN-in hospitalına yerləşdirilib.
Faktla bağlı Sabunçu Rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 221-ci (Xuliqanlıq) maddəsi ilə cinayət işi başlanılıb.

Qeyd edək ki, “Emin” kafesində baş verən kütləvi dava edən şəxslər hadisə yerinə gələn polisin qanuni tələblərinə riayət etməyərək müqavimət göstəriblər. Onlar polis əməkdaşlarına bıçaqla hücum edib. Hadisə nəticəsində dörd polis əməkdaşı yaralanıb.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru