Bakıda qadını liftdə soydular

3-02-2016, 12:48           
Bakıda qadını liftdə soydular
Hüquq-mühafizə orqanlarının məlumatına görə, hadisə Nəsimi rayonu, 2-ci mikrorayon, R.Məmmədov küçəsində yerləşən yaşayış binasının liftində qeydə alınıb.

Belə ki, naməlum şəxs 2-ci mikrorayon, ev 28, mənzil 79-da yaşayan Mehrəliyeva Gülşənin əl çantasını əlindən alaraq qaçıb. Çantanın içərisində G.Mehrəliyevaya məxsus bank kartları, açarlar və pul kisəsi olub.

Hadisədən sonra G.Mehrəliyeva Nəsimi Rayon Polis İdarəsinin (RPİ) 19-cu Polis Bölməsinə (PB) müraciət edib.

Faktla bağlı Nəsimi RPİ-nin 19-cu PB-də araşdırma aparılır. (“Report”)












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru