Tibb Universitetində dəyişiklik - Klinikanın baş direktoru işdən çıxdı

28-07-2016, 19:14           

Azərbaycan Tibb Universitetinin Tədris Terapevtik Klinikasının baş direktoru Surxay Musayev öz ərizəsi ilə tutduğu vəzifəsindən azad edilib.

Universitetdən "Qaynarinfo.Az"-a verilən məlumata görə, həmin vəzifəyə Tədris Terapevtik Klinikasının Daxili xəstəliklər və Reanimasiya kafedrasının müdiri, dosent Könül Xəlilova təyin edilib. S.Musayev isə həmin klinikanın uşaq xəstəlikləri kafedrasının professoru kimi fəaliyyətini davam etdirəcək.

Digər dəyişikliklə ATU-nun elmi işlər üzrə prorektoru İbrahim İsayev vəzifəsindən azad edilib. Onun yerinə Rauf Bəylərov təyin edilib.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru