Faiq Şabanovun Gəncə DYP rəisinə gücü yetmir?

21-12-2016, 09:12           

Polkovnik-leytenant Rəhim Zalovun əməlləri Gəncə sakinlərini bezdirib...

Faiq Şabanovun Gəncə DYP rəisinə "gücü" yetmir?...illər öncə Gəncə Şəhər Baş Polis İdarəsinin Dövlət Yol Polisi İdarəsinin (DYP) rəisi Rafiq Məmmədov tutduğu vəzifədən azad olunmuşdu və onun yerinə əvvəllər Şəmkir rayonunun yol polisi rəisi işləyən polkovnik-leytenant Rəhim Zalov təyin olunmuşdu. Həmin dəyişiklik nəticə etibarilə Gəncədə avtonəqliyyat işinin daha səmərəli təşkilinə yeni ümidlər yaratmışdı. Amma deyəsən əksi oldu, şəhərdə avtomobil idarə etməyin xeyli çətinləşdiyini iddai edən məlumatlı şəxslərin bir çox xəbər saytlarında paylaşdığı informasiyada deyilir ki, Rəhim Zalov və oğlunun adı indiyədək bir sıra xoşagəlməz məqamlarda hallanıb. Ötən ilin sentyabr ayında Gəncə DYP-nin rəisinin oğlu Ramin Zalovun atasının vəzifəsindən istifadə edərək qanunazidd hərəkətlər edib. Rəis övladının yol hərəkəti qaydalarını kobud şəkildə pozduğunu yazan saytlar, Rəhim Zalovun övladının özünə məxsus 20 DL 220 dövlət nömrə nişanlı «Niva» markalı avtomobilinə məxsus nömrələri çıxararaq saxta tranzit nömrəsi taxmaqla avtoşluq edərkən yaxalanıldığına dəfələrlə diqqət çəkib. : «Deyilənlərə görə, Gəncə Şəhər Baş Polis İdarəsinin Dövlət Yol Polisi İdarəsinin rəisinin oğlunu və ona məxsus «Niva»nın qanuni nömrəsini tanıyan hadisə şahidlərindən biri tənbəllik etməyib Daxili İşlər Nazirliyinin 102 qaynar xətt xidmətinə bu haqda məlumat verib. Bundan sonra Gəncə Şəhər Baş Polis İdarəsinin rəisi Faiq Şabanov dərhal bu barədə məlumatlandırılıb və sözügedən avtomobil saxlanılaraq cərimə meydançasına aparılıb. Ancaq qısa müddətdən sonra avtomaşının qanuni nömrəsi yerinə taxılaraq cərimə meydançasından çıxarılıb. Məsələnin maraqlı tərəfi ondadır ki, oğlunun ərköyün davranışlarına, qanunazidd əməllərinə görə Gəncə Şəhər Baş Polis İdarəsinin Dövlət Yol Polisi İdarəsinin rəisilə bağlı heç bir tədbir görülməyib. Məlumata görə, Polis rəisi Faiq Şabanov da cəzasızlığa şərait yaradıb. Halbuki eyni əməli hər hansı sadə vətəndaş etmiş olsaydı, o zaman həmin şəxs ən ciddi şəkildə cəzalandırılmışdı. İnternet resurslarda kütləvi olaraq yayımlanan məlumata əsasən, Rəhim Zalovun oğluna məxsus saxta nömrə 2014-cü ilə aid olan tranzit nömrə olub. Halbuki tranzit nömrələr qısa müddət üçün - 15 günlüyə verilir. «Niva» maşını isə Ramin Zalov tərəfindən 2015-ci ildə alınıb». Rəisin oğlunun eyni əməli indiyədək bir neçə dəfə təkrarladığı deyilir. Saytlarda yer alan və təkzib edilməyən iddialara görə, Ramin Zalov «Toyota Prado» markalı avtomobillə də avtoşluq edir:

«Deyilənlərə görə, sonu «220» ilə bitən avtomobil nömrələrinin əksəriyyəti Rəhim Zalova, onun yaxın adamlarına və qohumlarına məxsusdur. Gəncə DYP-nin rəisi son illər ərzində özünə əməlli-başlı sərvət toplamağa müvəffəq olub. Məlumata görə, hazırda Gəncə şəhərində yerləşən «Aura» çay evi Rəhim Zalova məxsusdur. Saytların yazdığına görə, onun Gəncə və Bakı şəhərlərində bir neçə mənzili, bağ evi, villası, ticarət obyektləri də mövcuddur.

Demokratik.Az-a verilən məlumata görə, Rəhim Zalov Gəncəyə baş yol polisi təyin olunandan bəri DYP-nin cərimə meydançasını sovet istehsallı kasıb maşın xarabazarlığına çevirib. O, da deyilir ki, Rəhim Zalovu birbaşa Gəncənin polis rəisi Faiq Şabanov himayə edir. DYP rəisinin gücü isə, əsasən varlı və vəzifəlilərə yetmir, daha çox kasıb adamlara güc göstərir. Deyilənlərə inanası olsaq, yaxın aylarda Rəhim Zalovun təqaüdə göndəriləcəyi də gözləniləndir. Məlumat üçün onu da bildiririk ki, Rəhim Zalovun DİN-də yüksək vəzifə tutan eyni soyadlı general qohumunun olduğu deyilir. Arxalı cənab Zalov özündən sonra yerinə qudası Misir Quliyevi Göygöldən Gəncəyə transfer olunması üçün danışıqlara başladığı iddia edilir.

Yenicə Gəncə DYP-nin " Yeni İl Kompaniyası"na start verdiyi xəbəri aldıq. Yuxarıda da qeyd etdiyimiz kimi, Rəhim Zalovun göstərişi ilə hər gün 100-lərlə kasıb maşını müxtəlif bəhanələrlə saxlanılaraq ya cərimə olunur, ya da... Gəncə şəhər sakini "Molla Nəsrəddin" jurnalının əməkdaşı Fəqət Səfərovun saytımıza bildirdiyinə görə, ona məxsus vaz 21-07 markalı avtomaşını da Rəhim Zalovun "elan elədiyi"" Yeni İl Kompaniyası"na salınıb. Jurnalistin dediyinə görə, avtomobilini heç bir əsas olmadan DYP-nin əməkdaşları cərimə meydançasına aparıb, 20 manatlıq protokol yazılıb ödəndikdən sonra sərbəst buraxılıb. Hazırda DYP-nin cərimə meydançasında sovet istehsallı maşınlardan ibarət süni tıxac yarandığı bildirilir.

Yazıda yer alan faktları dəqiqləşdirmək, qarşı tərəfin fikirlərini dinləmək üçün Rəhim Zalovla telefon əlaqəsi yaratmağa cəhd etdik. Təəssüf ki, rəis zənglərə cavab vermədi.
teref.az olaraq, hər bir halda adıçəkilənlərin söz haqqını tanıdığını bəyan edir.(mövzuya qayıdacağıq).












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.