Alı Alıyev Əli Həsənovu hədəfə aldı: Füzulidə gərgin vəziyyət yaranıb - TƏFƏRRÜAT

13-10-2015, 21:53           
Alı Alıyev Əli Həsənovu hədəfə aldı: Füzulidə gərgin vəziyyət yaranıb - TƏFƏRRÜAT
“Füzuli rayon icra hakimiyyətinin başçısı Alı Alıyev Azərbaycan Respublikası Baş nazirinin müavini, Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədri Əli Həsənova qarşı fəaliyyətə başlayıb”.

Bir qrup Füzuli sakinləri bu sözləri şikayət məktublarında yazırlar. Onlar iddia edirlər ki, icra başçısının üzündən onlar işlərini itiriblər və hüquqlarını bərpa etmək üçün çoxsaylı müraciətləri də nəticəsiz qalıb:

“Bir neçə ay öncə – Avropa Oyunları ərəfəsində Füzuli rayonundakı ayrı-ayrı idarələr bəzi işçiləri maddi sıxıntı səbəbindən öz hesablarına məzuniyyətə göndərdi. O zaman bizə vəd olunmuşdu ki, sentyabr ayından hər şey qaydasına düşəcək və hər kəs əvvəlki işinə bərpa olunacaq. Amma sentyabr ayında biz işimizə bərpa olunmaq məqsədilə müraciət etdikdə, bizə bunun mümkün olmayacağını və Füzuli RİH-ə müraciət etməyimizi məsləhət gördülər”.
Şikayətçilər Füzuli rayon icra hakimiyyətinin başçısı Alı Alıyevin qəbulunda olsalar da problemlərinin bu günə qədər həll olunmadığını bildirir: “İcra başçısı bizə dedi ki, bu məsələnin həlli onun səlahiyyətləri çərçivəsində deyil. Kimlərin ixtisara düşməsi, kimlərin isə işləməsi haqda göstəriş Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədri Əli Həsənovdan gəlib və o heç nə edə bilməyəcək”.

Maraqlıdır, görəsən Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədri Əli Həsənov nə vaxtdan rayonlardakı idarələrdə ixtisarlara və işədüzəltməyə məsul olub? Hər halda biz sözügedən məsələnin Əli Həsənovun səlahiyyətləri daxilindıə olmadığını nəzərə alaraq icra başçısı Alı Alıyevin sadəcə bu yolla vəziyyətdən çıxmağa çalışdığını düşünürük.

Qarşı tərəfin mövqeyini dərc etməyə hazırıq.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.