Rəfael Cəbrayılov özünü təbliğat-təşviqat dövründə rüsvay edib - FAKT
15-10-2015, 12:26
Deputat Rəfael Cəbrayılov özünü təbliğat-təşviqat dövründə rüsvay edib. Biznesmen millət vəkili kimi tanınan R.Cəbrayılov platformasını açıqlayarkən üzünə-gözünə bulaşdırıb.
Seçicilərinə hər seçki ərəfəsində ənənəvi vədlər verən R.Cəbrayılov bu dəfə “yaraşıqlı” platformasında buraxdığı “quş”lar sayəsində reytinq cədvəlində xal itirib.
TİA.AZ-a daxil olan məlumata görə, deputatlığa namizəd dərhal reytinqini süni şəkildə qaldırmaq üçün adamlarını səfərbər edib. Ona görə də namized.com saytında keçirilən sorğuda özünü qalib elan edib.
Mənbənin sözlərinə görə, Cəbrayılovun 46 saylı Şirvan seçki dairəsindən təzədən namizəd olması seçicilərin ürəyincə olmayıb.
Şirvan seçiciləri onların taleyinə, problemlərinə laqeyd yanaşan, dərd-sərinə şərik çıxmayan, sosial məsələlərini dinləməyən, camaatla görüşməyən deputata mandat vermək istəmir.
Qeyd edirlər ki, seçkidən seçkiyə seçiciləri yada salan R.Cəbrayılov nə parlamentdə Şirvanın problemlərini dilə gətirib, nə də verdiyi vədlərə əməl edib.
Üstəlik, bu dəfəki seçki platformasını də təkrar açıqlayıb. Hərçənd, köhnə vədlər və yerinə yetirilməyən məsələlər yenə də bu platformada yer alıb.
Bu azmış kimi, deputat savadsızlığını nümayiş etdirib. Demək olar ki, platformanın hər cümləsində səhvlər var. Millət vəkili olan bir siyasətçinin geniş həcmli olmayan yazıda ardıcıl səhvlər buraxması sadəcə, biabırçılıq adlana bilər. TİA.AZ platformanı olduğu kimi təqdim edir və səhvləri görməyi oxucuların öhdəsinə buraxır:
1. Azərbaycan Respublikasının dövlət suverenliyinin daha da möhkəmləndirilməsi, dövlətin hərbi qüdrətinin artırılması və Dağlıq Qarabağ probleminin Azərbaycanın ərazi bütövlüyü çərçivəsində həlli.
2. Azərbaycan xalqının milli - mənəvi səylərinin qorunub saxlanılması şərtilə Respublika qanunvericiliyinin dünya standartlarına uyğunlaşdırılması.
3. Qanun aliliyi prinsipinin hamılıqla qəbul edilməsi, qanunların icrası və icra nəzarət mexanizimlərinin təkmilləşdirilməsi.
4. Hüquqi dövlət və mülki cəmiyyət quruculuğunda mühüm irəliləyişlər əldə etmk
5. Demikratiyanın daha da inkişaf etdirilməsi və dövlət idarəçiliyində demokratik prinsiplərə ciddi riayət edilməsi.
6. Korrupsiya və məmur öz başınalığına son qoyulması.
7. İqtisadiyyatın daha da möhkəmləndirilməsi, özəl sektorun xüsusi çəkisinin artırılması, bazar iqtisadiyyatı münasibətlərinin inkişaf etdirilməsi.
8. Əhalinin yaşayış səviyyəsinin yüksəldilməsi, əmək haqqı və pensiyaların artırılması, yuxsulluq səiyyəsinin minimuma endirilməsi.
9. Regionların sosial-iqtisadi və mədəni inkişafının sürətləndirilməsi.
10. Yeni iş yerlərinin açılması və işsizlik probleminin həlli.
11. Azərbaycan Respublikasının suverenliyi və ərazi bütövlüyü uğrunda
şəhid və ya əlil olmuş şəxslərin ailələrinə dövlət qayğısının daha da artırılması.
12. İslam dininin əsaslarının orta məktəblərdə fənn kimi tədris edilməsi.
13. Şirvan şəhərində yeni salınmış yaşayış massivlərinin təbii qazla təchiz edilməsi.
14. Sovet dövründə inşa edilmiş cox mərtəbəli yaşayış binalarının əsaslı təmir olunması.
Şəhər sakinlərinin maddi rifahının yüksəldilməsi.
15. Şirvan şəhər mərkəzi stadionunun tikilib istifadəyə verilməsi, gənclərin asudə vaxtının səmərəli kecirilməsi, məşğulluq səviyyəsinin yüksəlməsi istiqamətində əsaslı tədbirlər görülməsi.