Lənkəranda nə baş verir? 1 gecəyə 5 namizəd seçkidən getdi

16-10-2015, 12:55           

Lənkəranın deputatı Rüfət Quliyev namizədlərə 20 min verib seçkidən uzaqlaşdırır?

Namizəd: Mənim Mənəviyyatım Rüfət Quliyevin pulundan daha dəyərlidir

Seçki ərəfəsində ən çox diqqət çəkən regionlardan biri də cənub regionudur. Hələ seçkilərin başlamasından aylar əvvəl deputatlarından narazı olan lənkəranlılar dəfələrlə Hadı Rəcəbli və Rüfət Quliyevlə bağlı mətbuat və sosial şəbəkələr vasitəsilə etirazlarını bildirmişdilər.

Lənkəran şəhər 73 saylı dairədən namizəd Ramin Əkbərlinin seçkilərdən uzaqlaşdırılması xalqın növbəti dəfə qəzəbinə tuş gəlib. Bundan başqa MSK-nın saytında qeydə alınmış 11 namizəd bir gecəyə 6 nəfərə enib. 5 nəfər namizədin bir gecəyə namizədliyini geri çəkməsi bir qədər təəcüblü gəlsə də, Lənkərandakı söz-söhbətlərin əsaslı olmasına inandırır.

Bundan başqa bəzi lənkəranlılar Ramin Əkbərli və digər namizədlərin hazırki deputat Rüfət Quliyevdən aldığı 20 min azn müqabilində geri çəkildiyini söykləyirlər.

Bununla bağlı Ramin Əkbərli sosial şəbəkələrdəki şəxsi hesabındakı statusunda cavab yazıb və bildirib ki, heç kimdən pul almayıb:

"Rüfət Quliyevin tərəfdarları simasında özümü tanıdım.Sanki nə qədər qorxunc, nə qədər təhlükəli rəqib olduğumu anladım. Hamıya məlumdur ki, Rüfət Quliyev Lənkəranlılara heç də doğma deyil. Çünkü 10 il ərzində nə ki,bir iş görməsinin, hətta Milli Məclisdə belə sabit oturduğunun şahidi olmayıblar. Onu da qeyd edim ki, şayələrə görə, Rüfət Quliyev Ramin Əkbərliyə 20 min manat pul verib və Ramin Əkbərli də namizədliyini geri çəkib. Çox maraqlıdır, görəsən Rüfət Quliyev niyə başqa namizədlərə geri çəkilmələri üçün pul verməyib, yalnız Ramin Əkbərliyə verib? Rüfət gedib o pulu öz kəndinin bərbad olan yollarına xərcləsin! Ramin Əkbərlinin o pula ehtiyacı yoxdur!Belə şaiyələr məni maraqlandırmır. Çünki mənim mənəviyyatım Rüfətin pulundan daha qiymətlidir!!!”

Onu da qeyd edək ki, ƏKBƏROV ARİF MİRZƏ oğlu və ŞİRMƏMMƏDOV ELÇİN MƏMMƏDAĞA oğlu da müəmallı şəkildə namizədliklərini geri götürüblər.

Mövzuya yenidən qayıdacağıq.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.