“FHN həmişəki kimi obyekt yanıb külə dönəndən sonra yanğını “söndürüb” — “Katibələri də aşağısı “Land Crusier”də gəzir”

27-03-2019, 00:00           
“FHN həmişəki kimi obyekt yanıb külə dönəndən sonra yanğını “söndürüb” — “Katibələri də aşağısı “Land Crusier”də gəzir”
“Ölkəmizdə dünyanın əksər ölkələrində olmayan bir nazirlik var – Fövqəladə Hallar Nazirliyi. Dövlət büdcəsindən bu nazirliyə on milyonlar ayrılır, o da həmin pulun çox hissəsini ofşor hesablara köçürür, qalanı ilə də “kasıbçılıq” edir”.

Bunu keçmiş millət vəkili Gültəkin Hacıbəyli FHN-in yanğınsöndürmə əməliyyatlarını şərh edərkən deyib.

O, qeyd edib ki, birmərtəbəli Narkoloji Dispanser binasında 25 nəfər insan yanıb külə döndü amma FHN yanğını söndürə bilmədi:

“Dənizdə neftçilər batır, xilas edə bilmir, məlum olur ki, xilasetmə texnikası yoxdur, sağ qalan neftçiləri BP-nin gəmisi platformadan çıxarır.

Şəhərin mərkəzində səhərdən axşamadək yaşayış binası yanır, məlum olur ki, beş mərtəbədən yuxarı qalxan kranları, adi xilasetmə döşəkçələri yoxdur. Nəticədə uşaqlı-böyüklü 15 vətəndaşımız saatlarla imdad diləyə-diləyə tüstüdən boğulub ölür.

Elementar xilasetmə texnikaları yoxdur, ancaq nazirlikdə məsul vəzifəlilərin nəinki özləri, hətta katibələri də aşağısı “Land Crusier”də gəzir”.

G. Hacıbəyli bildirib ki, bu gün də 8-ci kilometr ərazisində yerləşən “Diqlas” ticarət mərkəzi yanıb külə dönüb, orada çalışan insanlara böyük maddi ziyan dəyib amma FHN həmişə olduğu kimi obyekt yanıb külə dönəndən sonra yanğını “söndürüb”:

“Siz, ümumiyyətlə, yanğın bitməmiş FHN-in hansısa yanğını söndürməsi faktını xatırlayırsınız?! O zaman bu nazirlik nəyə lazımdır?! Kimlərinsə qohum-əqrabalarına, katibələrinə lüks həyat yaşatmaq üçünmü, yoxsa ofşorlara rahat pul daşımaq üçünmü?! Belə səriştəsiz, yarıtmaz, korrupsioner idarəetmə ilə ölkəni diz çökdürdülər”.(“Yeni Sabah”)












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru