BNA sürücüləri "ƏN SON TEXNOLOGİYA" ilə cərimələyir... - VİDEOFAKT
28-03-2019, 16:10
Bakı Nəqliyyat Agentliyi (BNA) paytaxtda park etmə qaydalarına riayət etməyən sürücüləri cəzalandırıb. FaktXəbər bildirir ki, Nəsimi rayonu ərazisində yerləşən Süleyman Rüstəm küçəsində parklanma qaydalarının pozan avtomobillərin şəkilləri çəkilib.
FaktXəbər-in Whatsapp ünvanına göndərilən görüntülərdə BNA əməkdaşlarının avtomobillərin şəkillərini necə çəkməsi öz əksini tapıb.
Qeyd edək ki, BNA əməkdaşları mütəmadi olaraq paytaxtda parklanmanı pozan sürücüləri cərimələyir.