Müştərisi nazir və generallar olan “Narşərab” restoranı müştərisiz qalıb - Hazırda restoranın yeganə “müştərisi” mühafizəçilərdir

29-10-2015, 15:01           
Müştərisi nazir və generallar olan “Narşərab” restoranı müştərisiz qalıb - Hazırda restoranın yeganə “müştərisi” mühafizəçilərdir
Moderator.az xəbər verir ki, adı “MTN işi”ndə hallanan, müştərisi hər zaman nazir və generallar olan “Narşərab” restoranı müştərisiz qalıb. Belə ki, restoranın adı KİV-də sabiq MTN generallarının əsas görüş və planlaşdırma məntəqələrindən biri kimi çəkiləndən sonra “Narşərab” restoranına müştəri axını tamamilə dayanıb. Buna səbəb indiki həssas məqamda MTN-ə bağlı olmayan məmur və iş adamlarının belə bu restorana gəlməklə diqqəti özlərinə cəlb etmək istəməməsidir.
Hər zaman yüksək çinli müştəriləri ilə məşhur olan “Narşərab” restoranın bu gün yeganə “müştərisi” mühafizəçilərdir. Hansı ki, proseslərin gedişatı onların hələ uzun müddət adı dillər əzbəri olan restoranın yeganə müştərisi olaraq qalacağından xəbər verir.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru