Azərbaycan büdcəsini talayan şirkətlər - Bakıda bəzi şirkətlərin ən orjinal talan mexanizmi
29-10-2015, 17:19
Noyabr yaxınlaşır və dünyanın əksər ölkələrində butiklər milad endirimlərinə hazırlaşdığı halda, həmişəki kimi bu il də bunun Bakıdakı brend mağazalarında müşahidə etmək mümkün olmayacaq.
ANS PRESS-in araşdırmasına görə, adətən Azərbaycan paytaxtındakı brend mağazalar ilin sonunda endirimlərlə bağlı verilən suallara oxşar yayındırıcı cavab verirlər: “Bizdə endirimlər Yeni il tətili günlərində olacaq”. Yeni il tətili günlərində isə endirimlər barədə soruşanda tam əksini söyləyirlər: “Qara cüməni deyirsiz? O, noyabrın sonunda olur axı”.
Brend dükanların əməkdaşlarının əslində bu cür cavabı da yayındırıcı olur. ABŞ-da 19-cü əsrin sonlarından başlamış milad endirimlərinin rəmzi sayılan "qara cümə" termini 1966-cı ildən işlədilir və milad endirimlərinin başladığı gün saylır. Adətən, noyabrın 4-cü cüməsinə düşən “qara cümə”də böyük müştəri aktivliyi müşahidə edilir. Amma endirimlərin özü isə yanvarın ortalarına qədər, yəni milad tətillərinin sonuna qədər davam edir.