"Porsche" ilə adam öldürən biznesmen oğlu yenidən "avtoş"luq edir - FOTOLAR

2-05-2019, 11:18           
"Porsche" ilə adam öldürən biznesmen oğlu yenidən "avtoş"luq edir - FOTOLAR
İş adamı Füzuli Fərəcovun 14 yaşlı oğlu Ağaəli Fərəclinin (hazırda 17 yaş) adam öldürdüyü 99 BS 999 dövlət nömrə nişanlı "Porsche Cayenne Magnum” markalı avtomobilinin fotoları avtoş səhifələrində yenidən paylaşılır.

Gundeminfo.az yazır ki, Unikal.org-un əldə etdiyi məlumata görə, səhifələrin birində “Yenidən efirlərə qayıtdı” fikirləri yazılaraq Ağaəli Fərəclinin də profilini işarələyiblər.

Maraqlısı odur ki, sözügedən avtomobil Bakı küçələrinin birində üzərinə boz rəngli vinil çəkilmiş halda da istifadə olunub. Həmin anın da fotosu sosial şəbəkədə paylaşılıb.

Xatırladaq ki, 2017-ci ilin mayında iş adamı Füzuli Fərəcovun 14 yaşlı oğlu Ağaəli Fərəcli idarə etdiyi 99 BS 999 dövlət nömrə nişanlı "Porsche Cayenne Magnum” markalı avtomobillə 24 yaşlı Xəyalə Məmmədovanı vurub qaçmış,yaralı yerindəcə dünyasını dəyişmişdi. Baş verən hadisə isə rezonansa səbəb olmuşdu.




















Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru