Xətaidə GƏRGİNLİK DAVAM EDİR: Naməlum nömrədən gələn zəng və...

6-05-2019, 08:38           
Xətaidə GƏRGİNLİK DAVAM EDİR: Naməlum nömrədən gələn zəng və...
Xətai rayonu M.Hadi küçəsində iki binanın sakinləri gecə saatlarında ayağa qalxıblar.
Sakinlərin küçələrə çıxmasına səbəb naməlum nömrədən gələn telefon zəngi olub. Sakinlər bildiriblər ki, zəng edən şəxs onları hədələyib. Zəngdən dərhal sonra isə sakinlərin qoruduğu ərazidəki projektorun işıqları kəsilib. Bina sakinləri dərhal məsələ ilə bağlı polisə muraciət ediblər.
Qeyd edək ki, 2 gün əvvəl M.Hadi küçəsindəki 93 və 99 nömrəli binaların arasında çəpərlənmə işləri görülərək 130 -a yaxın ağac köçürülüb, bəziləri isə gecəylə kəsilib.
Bina sakinlərinin etirazından sonra ərazidə yenidən ağaclar əkilib. Gün ərzində ərazi sakinlər tərəfindən növbəylə qorunur./Musavat












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru