MTN Kərəm Həsənovu qardaşı oğlu ilə şantaj edib - İlginc iddialar
9-11-2015, 20:23
Bir müddət əvvəl ölkə mətbuatı, o cümlədən Qafqaznews.az Dövlət Miqrasiya Xidmətinin daxili nəzarət şöbəsinin rəisi Emin Həsənovun dəbdəbəli həyat tərzi keçirtməsi barədə yazılar və onunla bağlı fotolar dərc etmişdi. Məlumat üçün bildirək ki, Emin Həsənov Əmlak Məsələləri Dövlət Komitəsinin sədri Kərəm Həsənovun qardaşı oğludur. Həmin vaxt fotoların mətbuta ötürülməsi ilə bağlı 2 versiya oldu. Birinci versiyaya görə, həmin fotolar mətbuata DMX-dən işdən azad olunan, DMX rəhbərliyindən narazı qalan bir dəstə şəxs tərəfindən göndərilib.
Digər versiyaya görə isə bu fotolar DMX-nin Baş idarə rəisi Rövşən Səfərov tərəfindən mətbuata ötürülüb ki, şöbə rəisi olan Emin Həsənovu bitirsin. Çünki Rövşən Səfərovun yerinə ən real namizəd komitə sədrinin qardaşı oğlu Emin Həsənov idi. Bu gün redaksiyamıza daxil olan məlumata görə, Emin Həsənov barədə yazılar və fotolar dərc olunandan sonra Kərəm Həsənov qardaşı oğluna görə MTN-nin bir qrup dəstəsi tərəfindən şantaj olunub. Sonradan isə həmin dəstə ilə Həsənovlar məcbur olub barışıblar ki, qardaşoğlu barədə mətbuata materiallar ötürülməsin.