Doğum evlərində dəhşət – Pediatr Mehriban Əliyevaya müraciət etdi

23-08-2019, 22:22           
Doğum evlərində dəhşət – Pediatr Mehriban Əliyevaya müraciət etdi
Pediatr Aytən İsmayılzadə doğum evrlərində baş verən dəhşətli faktlarla bağlı Birinci vitse-prezident Mehriban Əliyevaya müraciət ünvanlayıb.
“Yeni Sabah” xəbər verir ki, pediatr öz facebook hesabında doğum evlərində baş verən dəhşətli faktlarla bağlı Mehriban Əliyevaya ünvanladığı müraciəti paylaşıb.

Müraciətdə qeyd edilir ki, istər dövlət, istərsə də özəl klinikalarda təzə doğulan körpələrə ilk gündən suni qidalar verilir. Əmizdirmə üzrə məsləhətçilər şöbəyə buraxılmır, analarla görüş təmin edilmir və analar doğru əmizdirmə barədə kifayət qədər məlumatlandırılmırlar. Başda şöbə müdirləri olmaqla neontoloqlar maddiyyat qarşılığında valideynələrə suni qidalar aldırırlar. Yeni doğulmuş körpənin ilk olaraq ana südü ilə qidalanmasının nə qədər vacib olduğu bilindiyi halda istər özəl, istərsə də dövlət xəstəxanalarında körpəyə 3 gün suni qida verilir. Sonrakı dönəmdə körpələr ana südündən imtina edir.

Nəticədə körpələrdə həzm problemi yaranır, tez-tez allergik vəziyyətlərə rast gəlinir. Bu vəziyyətin mənfi təsirləri anadan da yan keçmir. Analar da psixoloji və fziki narahatlıqlar keçirirlər.

Pediatr müraciətində doğum şöbələrinə suni qida girişinin qadağan edilməsini, yersiz suni qida təyin edən həkimlərin cəzalandırılmasını, əmizdirmə üzrə məsləhətçilər üçün yer ayrılmasını, süd banklarının yaradılması, donor südünün gündəmə gətirilməsini məqsədəuyğun hesab edib.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru