Qazaxda yeni istifadəyə verilmiş məktəb çökür – FOTOLAR

6-10-2019, 13:06           
Qazaxda yeni istifadəyə verilmiş məktəb çökür – FOTOLAR
Qazaxın Musa Həsənov adına 1-ci Şıxlı kənd tam orta məktəbi qəzalı vəziyyətdədir.

Teref.az Baku.ws-ə istinadən xəbər verir ki, 640 yerlik 3 mərtəbəli məktəbdə hazırda 327 şagird təhsil alır.

Məktəb 2009-cu ildə tikilməyə başlayıb. Cəmi iki ildən sonra, 2011- ci ildə istifadəyə verilib. Məktəbin 28 sinif otağı 3 kompyüter otağı, 3 fənn kabineti, idman, akt zalı, 20 nəfərlik bufeti var.

Məktəbdə istifadəyə verildikdən iki il sonra təhsil ocağının binasında çatlar yaranıb. Məktəbin ön sol tərəf divarlarında müxtəlif əyilmələr, qabarmalar yaranıb. Pəncərələrdən qopub düşən kərpiclər burada təhsil alan şagirdlərin həyatına hər an təhlükədir.

Məktəbin foesinin döşəməsi artıq dalğavarı bir şəkil alıb. Hər gün şagirdlər bu foedən gedib gəlir. Məktəbin müəllimləri deyir ki, bu kənddə artıq 3-cü dəfədir ki yeni məktəb binası inşa olunur. Çox qəribədir ki, kənddə inşa olunan digər iki məktəbdə də belə qəza vəziyyəti yaranıb.


















Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.