"Məkan özü 5 ulduzdursa, bütün sahələri 5 ulduz olmalıdır"
7-10-2019, 17:37
Aparıcı İlkin Həsəni “Lankaran Springs Wellness Resort” beşulduzlu oteli tənqid edib. Musavat.com xəbər verir ki, aktyor otelin xidmətlərindən narazı qaldığını bildirib. O bu haqda sosial şəbəkədə yazıb: “Xidmət, mətbəx və qarşılama hələ ki, sıfır. Ümid edirəm gələcəyə düzələr. Hələ bazar günü səhər 6:53-də ərazidəki təmir səslərini qoyuram bir kənara. Səhər 7-də resepşna zəng etmişəm ki, biz drelin səsindən qaçıb bura gəlmişik, bu, nədir, bu, nə səsdir? Deyir ki, yəqin məcburiyyət qarşısında iş gedir. Həyatımın ən dadsız kütüm və çolpa ləvəngisini yedim. Niyə Lənkəranın Haftoni kəndində səhər yeməyində şəhər yumurtası yeyəsən? Bu gözəl memarlıq işi üçün əməyi keçən hər kəsə təşəkkürlər, əsla kiminsə işini aşağılamaq istəmirəm, amma məkan özü 5 ulduzdursa, bütün sahələri 5 ulduz olmalıdır”.