Ağsuda köhnə başçı aranı qarışdırır? - İDDİA

11-10-2019, 17:21           
Ağsuda köhnə başçı aranı qarışdırır? - İDDİA
Bir neçə gün əvvəl məlumat verərək bildirmişdik ki, Ağsuda təxminən 200-ə yaxın yerli sakin təzə icra başçısı Vahid Tağıyevin qəbuluna düşmək istəyib. Amma nədənsə icra başçısı narazı vətəndaşların əksəriyyətini qəbul tmək istəməyib ki, bu da haqlı olaraq narazılıq yaradıb.

Bununla bağlı DİA.AZ-a daxil olan son məlumatlardan aydın olur ki, sözügedən olayla bağlı araşdırmalar aparan yeni icra başçısı rayonun əvvəlki rəhbəri Ənvər Seyidəliyevdən şübhələnməkdədir və hətta bu yöndə müəyyən fikir dartışmaları da olub.

Mənbənin dia.az-a söylədikləri: “Çünki əsas etirazçılar zamanında Seyidəliyevə yaxın olanlardır. Bu da haqlı olara köhnə başçının rayonda qarışıqlıq yaratma cəhdi kimi dəyərləndirilir. Hər halda, Ağsuda problem varsa, bu problem bu gün yaranmayıb. Bu problemin bu gün ifadə olunması isə çox maraqlıdır”.

Əlavə bilgilərimiz olacaq. Adları çəkilən tərəfləri dinləməyə hazırıq...












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru