Akif Çovdarovun adı ilə alınan 47500 ABŞ dolları kimlərin cibinə gedib…..?

12-10-2019, 00:15           
Akif Çovdarovun adı ilə alınan 47500 ABŞ dolları kimlərin cibinə gedib…..?
5 qat dünya çempionunun həbsi ilə əlaqədər bəzi qaranlıq nüanslar. Akif Çovdarovun adı ilə alınan 47500 ABŞ dolları kimlərin cibinə gedib…..?- Araşdırma Dostlar “Ehram Məcidova dəstək”kampaniyası sizlərin dəstəyi sayəsində hələ də davam edir. Bu gün sizə Ehramın işində heç bir zərər görməyən zərərçəkmiş Bəhruz Dilbazi haqqında məlumat verəcəyəm. Ehram Məcidov ilə görüşdə bəzi o bəzi
iddialar irəli sürdü. Peşə professionallığını itirməmək üçün iddianı ilk öncə dəqiqləşdirib sonra ictimailəşdirməyə qərar verdim. Ehram görüşdə mənə bildirdi ki “Yaxın dostlarım məndən borc aldıqlari 27500 ABŞ dollari pulla tikinti malları almışdılar. Aldıqları mal keyfiyyətsiz olduğu üçün mən dostumla gedib onlara mallarını geri alıb pulu qaytarmaqlarını xahiş etdim. Bir neçə gun sonra bu məsələni qaynatam Bəhruza danışdım. Bəhruz o dəqiqə heç bir reaksiya vermədi.Üstündən bir gun keçdikdən sonra qaynatam mənə zəng etdi görüşdük o mənə dedi ki “malı qaytarmaq istədiyiniz mağaza Akif Çovdarovun himayəsində fəaliyyət göstərir mövzunu ona danışıblar oda əsəbləşib. Mənim onunla olan köhnə dostluquma xatir deyir ki Ehrama de 800 min ABŞ dolları gətirsin bağlayaq söhbəti” Ehram Məcidov da cavabında o qədər pulunun olmadığını, və həbs etmək istəyirlərsə etmələrini bildirib. Bir müddət sonra Bəhruz Dilbazı yenidən Ehrama zəng edərək “yalvar-xahiş etmisəm heç olmasa 20 min ABŞ dolları ver söhbət bağlansın yoxaa dostlarını da səni də həbs edəcək” Bu danışıqdan sonra Ehram Məcidov ətrafının yardımi ilə 20 min ABŞ dolları düzəldərək keçmiş qaynatasi Bəhruz Dilbaziyə Akif Çovdarova çatdırılması adi ilə verib. Bundan bir müddət sonra məlum “MTN hadisələrində” bir çox zərərçəkmiş kimi Ehram Məcidov aidiyyatı orqanlara şikayət edib 47500 ABŞ dollarını geri almaq istədiyini Bəhruz Dilbaziyə bildirdikdə, sonuncu buna qətiyyətlə etiraz edərək “Mən o kişiylə duz-çörək kəsmişik bunu edə bilmərəm” bundan sonra Ehram Məcidov ilə Bəhruz Dilbazinin narazılıqları başlayıb və sonuncunun təkidi ilə Ehram Məcidovun həyat yoldaşı və uşaqları atası evinə aparılıb. Dəfələrlə Ehram övladlarını görmək istədikdə Bəhruz ona təhqiramiz ifadələr işlədib, gözunə bibər qazı sıxıb(həkim rəyi ictimaiyyətlə paylaşılacaq) dəfələrlə Ehramin maşınına daş atıb zərər yetirib. (Hadisə ilə bağlı Binəqədi RPİ 7-ci polis şöbəsində araşdırma aparılıb, təhqiqat qərarı ictimaiyyətlə paylaşılacaq) Ehramın Akif Çovdarov haqqında şikayət ərizəsi ilə müraciət edəcəyindən qorxan Bəhruz Dilbazinin bu narahatçılıqı nədən idi? Nəvələrini sevdiyini onları qorumağa çalışdığını deyən Bəhruz Dilbazi niyə nəvələrinin haqqı olan 47500 ABŞ dollarının Ehrama qayıtmaqındansa sahibkarların qəniminə çevrilmiş Akif Çovdarovda qalmasina üstünluk verirdi? Novbəti yazilarımda Bəhruz Dilbazinin oğlu Eltay Dilbazi və bu ata-oğulun Akif Çovdarovla əlaqələri, Ehram Məcidovun həbsi ilə Bəhruz Dilbazinin 47500 ABŞ dollarinin izini itirməyə çalışması, və pulun Akif Çovdarova verilməsi yoxsa Bəhruz Dilbazi tərəfindən mənimsənilməsi ilə bağlı araşdırma yazi paylaşacağam. Bəhruz və Eltay Dilbazilərin özlərini ogul Dilbazinin Çexiyada kafedra rəhbəri kimi təqdim etməsi, ata Dilbazinin isə Müsavata verdiyi müsahibəsində özünün alim kimi təqdim edilməsinin yalan və saxta olmasi ilə bağli faktlar paylaşacağam.
Nurane Abdullayeva
dunyaxeber.com












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.