Aytən Səfərovadan icra hakimiyyətinə sərt tənqid: “Bu nə özbaşınalıqdır?” - Video

15-10-2019, 15:24           
Aytən Səfərovadan icra hakimiyyətinə sərt tənqid: “Bu nə özbaşınalıqdır?” - Video
Aparıcı Aytən Səfərova “Space" TV-nin yanındakı yolun ortasına qurulan çadıra görə sosial şəbəkədə Yasamal Rayon İcra Hakimiyyətini sərt tənqid edib.

“Yeni Sabah” xəbər verir ki, o, bu çadıra görə insanların hər gün işə gecikdiyini yazıb:

“Hər səhər “Space” TV-nin yanında yol bağlıdır. Yasamalın icra orqanları bu çadırı bura niyə qoyublar? Yol Patrul Xidməti əməkdaşları buna niyə göz yumur? Nəyə görə hər səhər mən və mənim kimi yüzlərlə sərnişin gecikmək məcburiyyətində qalır? Müvafiq strukturlar günün 24 saatı insanlara süni əngəl yaratmaqlarına aydınlıq gətirsinlər. Aydınlıq gətirmirlərsə, heç olmasa bu çadırı buradan götürsünlər. Səhər tezdən insanların əsəbləri ilə oynamaq lazım deyil. Onsuz da hamı tıxacdadır. Bu nə özbaşınalıqdır? Kim sizə ixtiyar verib belə etməyə? Hüzürə, yasa aidiyyatı yoxdur”.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru