ETSN havanın kəskin dəyişəcəyi barədə xəbərdarlıq edib, Bakıya sulu qar yağacaq, temperatur düşəcək

2-12-2015, 15:52           
ETSN havanın kəskin dəyişəcəyi barədə xəbərdarlıq edib, Bakıya sulu qar yağacaq, temperatur düşəcək
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamenti hava şəraitinin kəskin dəyişəcəyi barədə xəbərdarlıq edib.

Milli Hidrometeorologiya Departamentindən APA-ya verilən məlumata görə, bir neçə gün davam edən mülayim hava şəraitindən sonra dekabrın 3-dən başlayaraq Bakıda və Abşeron yarımadasında hava şəraitinin kəskin dəyişəcəyi, dekabrın 6-dək qeyri-sabit keçəcəyi, arabir yağıntılı, ayrı-ayrı yerlərdə intensiv olacağı gözlənilir.

Dekabrın 4-də gecə və səhər yarımadanın bəzi yerlərində yağışın sulu qara keçəcəyi ehtimalı var. Güclü şimal-qərb küləyi əsəcək. Havanın temperaturu ötən günlərlə müqayisədə tədricən 5-10 dərəcə enəcək.

Azərbaycanın rayonlarında dekabrın 3-dən başlayaraq dekabrın 6-dək hava şəraitinin qeyri-sabit keçəcəyi, arabir yağış yağacağı, bəzi yerlərdə intensiv olacağı, dağlıq rayonlarda sulu qara, qara keçəcəyi gözlənilir.

Havanın temperaturu ötən günlərlə müqayisədə tədricən 4-6 dərəcə enəcək. Çaylarda sululuğun artacağı ehtimal olunur.

Tibbi-meteoroloji proqnoza əsasən, dekabrın 3-4-də Abşeron yarımadasında hava şəraitinin kəskin dəyişməsi, güclü xəzri küləyinin əsməsi və temperaturun ötən günlərlə müqayisədə xeyli aşağı enməsi meteohəssas insanlar üçün əlverişsizd












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.