Sərnişindaşıma ilə məşğul olan avtomobil sahiblərindən texniki baxış zamanı sərnişinlərin fərdi qəza sığortası tələb olunacaq

24-04-2015, 11:01           
Sərnişindaşıma ilə məşğul olan avtomobil sahiblərindən texniki baxış zamanı sərnişinlərin fərdi qəza sığortası tələb olunacaq
Nazirlər Kabineti “Nəqliyyat vasitələrinə və onların qoşqularına dövlət texniki baxışının keçirilməsi qaydaları haqqında Nümunəvi Əsasnamə”də dəyişiklik edib.

APA-nın məlumatına görə, dəyişiklik sərnişin daşımaları ilə bağlı “Yol hərəkəti haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə” 2014-cü il 16 dekabr tarixli qanunun tətbiqi ilə əlaqədardır.

Dəyişikliyə əsasən bundan sonra nəqliyyat vasitələrinə dövlət texniki baxışı üçün avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası ilə bərabər sərnişin daşımaları xidmətini həyata keçirən avtonəqliyyat vasitələri ilə daşınan sərnişinlərin (şəhərdaxili və ya qəsəbədaxili daşınan sərnişinlər istisna olmaqla) fərdi qəza sığortasının “İcbari sığortalar haqqında” qanuna uyğun olaraq həyata keçirilməsini təsdiq edən icbari sığorta şəhadətnaməsi tələb olunacaq.

Nazirlər Kabineti bununla bağı “Mexaniki nəqliyyat vasitələrinin və onların qoşqularının müəyyən edilmiş qaydada dövlət qeydiyyatından keçirilməsi və dövlət qeydiyyatı üzrə uçota alınması haqqında Əsasnamə”də də müvafiq dəyişiklik edib.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru