Uğursuz izahat: "Çətir Əziz Əzizov üçün tutulmayıb" – Suraxanı RİH-dən açıqlama

20-12-2019, 16:07           
Uğursuz izahat: "Çətir Əziz Əzizov üçün tutulmayıb" – Suraxanı RİH-dən açıqlama
Suraxanı Rayon İcra Hakimiyyəti (RİH) icra başçısı Əziz Əzizovun sosial şəbəkədə müzakirələrə səbəb olan fotosuna münasibət bildirib.

Teref.az xəbər verir ki, icra hakimiyyətinin İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdiri Barxudar Barxudarov açıqlamasında deyib ki, bu məsələni qabartmaq düzgün deyil.

B.Barxudarov qeyd edib ki, yağış yağanda, hər kəs çətirdən istifadə edir: “Orada olan şəxslərdən biri çətiri özü üçün tutub, fotodan elə görünür ki, çətiri Əziz müəllim üçün tutub. Müəllim ona deməlidir ki, çətiri tutma? Buna görə hay-küy yaratmaq nəyə lazımdır ki? Əziz Əzizov Suraxanı Rayon İcra Hakimiyyətinin başçısı təyin edildikdən sonra mühüm işlər görüb, yollar, su-kanalizasiya xətləri çəkilib. İcra başçısı insanların problemləri ilə maraqlanır, şəhid ailələrini ziyarət edir. Jurnalistlər görülən işləri qiymətləndirməlidirlər. Belə olanda yazılan yazı da oxunacaq. Biz həmişə jurnalistlərə hörmətlə yanaşmışıq”.
Pravda.az
Zəruri qeyd: İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdiri Barxudar Barxudarova demək istəyirik ki, şəklə diqqətlə baxıb verdiyi açıqlamanı bir daha oxusun!! Çətirin kim tərəfindən və nyə tutulduğunu oxucularda şəkilə baxaıb anlaya bilərlər!
Teref.az












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.