Bilə\suvar İcra başçısının köməkçisinin həyat yoldaşı da deputatlığa namizəd oldu – FOTO

29-12-2019, 21:18           
Biləsuvar İcra başçısının köməkçisinin həyat yoldaşı da deputatlığa namizəd oldu – FOTO
Hakim Yeni Azərbaycan Partiyası (YAP) 2020-ci ilin fevralın 9-da keçiriləcək növbədənkənar parlament seçkilərində 66 saylı Biləsuvar seçki dairəsindən Şahbazova Səyalə Əhmədağa qızının namizədliyini irəli sürüb.



Pravda.az-ın xəbərinə görə, S.Şahbazova Biləsuvar rayon Heydər Əliyev Mərkəzinin direktorudur.



Mediada namizədlə bağlı məlumatlar məhdud səviyyədədir. S.Şahbazova Biləsuvar Rayon İcra Hakimiyyəti başçısı Mahir Quliyevin köməkçisi Pöhran Şahbazovun həyat yoldaşıdır.



Biləsuvardan verilən məlumatlarda qeyd olunur ki, Heydər Əliyev Mərkəzində müəllimlər məşğələlər təşkil edirlər. Bu da rayonda birmənalı qarşılanmır.



Qeyd: Hazırda 66 saylı Biləsuvar seçki dairəsinin deputatı, Sosial Rifah Partiyasının sədri Xanhüseyn Kazımlıdır.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru