Bu gündən milyonlarla telefonda “Whatsapp” işləməyəcək - DİQQƏT!

31-12-2019, 11:38           
Bu gündən milyonlarla telefonda “Whatsapp” işləməyəcək - DİQQƏT!
31 dekabr tarixindən etibarən dünyanın ən məşhur mesajlaşma tətbiqlərindən olan "Whatsapp" milyonlarla telefonda çalışmayacaq.

Bu barədə WhatsApp şirkəti özü məlumat yayıb. Bildirilir ki, "Windows Mobile"a aid olan smartfonlarda "WhatsApp" çalışmayacaq.
Bundan əlavə, "iOS 7" və digər aşağı versiya əməliyyat sistemlərində çalışan "iPhone" modellərində də bu tətbiqi istifadə etmək mümkün olmayacaq.

"Android"də isə 2.3.7 versiyası və digər aşağı versiya əməliyyat sistemləri "WhatsApp"ı dəstəkləməyəcək.

Bu "Android" sistemlər üçün "WhatsApp" dəstəyinin dayandırılması 1 fevral 2020-ci ildə baş verəcək.

Burada bir məqamı qeyd etmək lazımdır. "WhatsApp" dəstəyinin dayandırılması istehlakçıların bu proqramdan istifadə edə bilməyəcəyi anlamına gəlmir.

Yəni, bu tətbiqi yüklədiyiniz köhnə bir cihazınız varsa, göstərilən tarixlərdən sonra "WhatsApp"dan istifadə etməyə davam edə biləcəksiniz. Ancaq bir çox funksiya məhdudlaşdırılacaq.

"WhatsApp" rəsmiləri göstərilən əməliyyat sistemlərində vaxt itirmək əvəzinə daha müasir versiyalar üzərində işləmək istəyirlər. (baku.ws)












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru