Sabahdan Azərbaycanda pensiyalar artacaq

31-12-2019, 17:11           
Sabahdan Azərbaycanda pensiyalar artacaq
2020-ci il yanvar ayının 1-dən Azərbaycanda pensiyalar 14-15 faiz məbləğində artırılacaq.
"Yeni Sabah" xəbər verir ki, bununla da minimum pensiya məbləği 230 manat təşkil edəcək. Yanvarın 1-dən etibarən pensiyaçıların 93 faizi bu artımdan yararlana biləcəklər.

Pensiya artımı barədə məlumatı əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayev açıqlamışdı.

“Orta aylıq əməkhaqqı artımı proqnozumuz bu il üçün 15% -dir. Buna uyğun olaraq 2020-ci ilin bir yanvarından bütün pensiyaçılarımızın pensiyası əlavə 15% olaraq artacaq” – deyə nazir söyləmişdi.

Qeyd edək ki, ölkədə 1 milyon 200 minə yaxın pensiyaçı var. Artım 93 faiz pensiyaçını əhatə edəcək. Bununla da minimum pensiyanın məbləği 230 manata yaxın olacaq.

Dövlət və hərbi qulluqçular, xüsusi rütbəli şəxslər və digər kateqoriyadan olan şəxslərin pensiyaları isə əməkhaqlarında olan artıma görə müəyyən ediləcək.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru