Azərbaycanda dövlət qurumlarının saytına giriş bağlandı

5-01-2020, 11:37           
Azərbaycanda dövlət qurumlarının saytına giriş bağlandı
Azərbaycanda dövlət qurumlarının rəsmi saytlarında problem yaranıb.

Teref.az modern.az-a istinadən xəbər verir ki, "gov.az" domein sonluğu ilə bitən bütün rəsmi saytlara giriş mümkün deyil. Bu saatlarda ölkə prezidentinə məxsus "prezident.az" saytına da daxil olmaq cəhdləri mümkünsüzdür.

Qeyd edək ki, dövlət qurumlarının rəsmi saytları Xüsusi Dövlət Mühafizə Xidmətinə məxsus serverdə yerləşir. Dövlət qurumlarının saytlarının təhlükəsizliyinə də XDMX-nın Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Agentliyi (CERT) cavabdehdir.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru