Gömrük Komitəsi narahatedici məqama aydınlıq gətirdi

10-01-2020, 01:09           
Gömrük Komitəsi narahatedici məqama aydınlıq gətirdi
Qeyd edək ki, gömrük orqanlarının tələbi qanunvericiliyə uyğundur və ödəniş həyata keçirildikdən sonra nəqliyyat vasitələri ölkənin gömrük ərazisini tərk edə bilər
Bir sıra kütləvi informasiya vasitələrində Azərbaycandan Türkmənistana gedən yük nəqliyyat vasitələrindən Dövlət Gömrük Komitəsinin yol vergilərinə görə 200 ABŞ dolları məbləğində ödəniş tələb etməsi, sürücülərin bunu ödəməkdən imtina etdiyinə görə yük avtomobillərinin uzun müddət Bakı Beynəlxalq Dəniz Ticarəti Limanında gözləməsi barədə məlumat yayılıb.

Sputnik Azərbaycan Dövlət Gömrük Komitəsinin məlumatına istinadla xəbər verir ki, Azərbaycan Respublikasının Vergi Məcəlləsinin 210-cu maddəsinə əsasən Azərbaycan Respublikasının ərazisinə daxil olan və Azərbaycan Respublikasının ərazisini tərk edən zaman xarici dövlətlərin avtonəqliyyat vasitələri yol vergisinin vergitutma obyektidir.

Həmin Məcəllənin 211.1-ci bəndinə əsasən avtonəqliyyat vasitələri növündən, mühərriklərinin həcmindən, Azərbaycan Respublikasının ərazisində qaldığı müddətdən, oturacaqlarının və oxlarının sayından, avtonəqliyyat vasitəsinin yüklə birlikdə ümumi çəkisindən, Azərbaycan Respublikası ərazisində qət edilən məsafədən, təhlükəli yüklərin daşınmasından asılı olaraq yol vergisinə cəlb olunurlar.

Həmçinin, Vergi Məcəlləsinin 211.1.1.3-ci yarımbəndinə əsasən yük avtomobilləri, qoşqulu və yarımqoşqulu avtonəqliyyat vasitələrinə oxların sayından və Azərbaycan Respublikasının ərazisində qaldığı müddətdən asılı olaraq yol vergisi tətbiq edilir.


Yük avtomobilləri, qoşqulu və yarımqoşqulu avtonəqliyyat vasitələrinə oxların sayından və Azərbaycan Respublikasının ərazisində qaldığı müddətdən asılı olaraq tətbiq olunan yol vergisinin cədvəli
Amerika Avropa İttifaqına qarşı – Gömrük rüsumları tətbiq olunur

Həmin yük avtomobillərində 4 və daha çox ox olduğu, ölkə ərazisində 14 gündən artıq qaldıqları üçün nəqliyyat vasitələri Vergi Məcəlləsinin 211.1.1.3-cü maddəsində göstərildiyi kimi 280 ABŞ dolları məbləğində yol vergisinə cəlb olunmalıdır. Ölkə ərazisinə daxil olarkən həmin yük avtomobillərinə görə 14 gün üçün 80 ABŞ dolları məbləğində yol vergisi ödənildiyi nəzərə alınaraq 14 gündən 30 günə qədər qaldıqları əlavə müddət üçün nəqliyyat vasitələrinə 200 ABŞ dolları məbləğində əlavə yol vergisi tətbiq edilməlidir.

Qeyd edək ki, gömrük orqanlarının tələbi qanunvericiliyə uyğundur və ödəniş həyata keçirildikdən sonra nəqliyyat vasitələri ölkənin gömrük ərazisini tərk edə bilərlər.












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.